"Bu il ölkəmizə gələn turistlərin sayı ötən illə müqayisədə 11 faiz artıb".
Aktual.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyindən Azərbaycana gələn turistlərin sayı 33 dəfə artıb: "Ümumi ərəb ölkələrindən gələn turistlərin sayı isə 8 dəfə artıb".
Nazir müavini bildirib ki, "ASAN Viza"nın tətbiqindən sonra ölkəmizə gələn turistlərin sayı artacaq.
Aktual.az
Xəbər 523 dəfə oxunub.