Azərbaycana elektrobuslar gətirilir

Azərbaycana elektrobuslar gətirilir

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində (İB) elektriklə işləyən avtobusların yığımına başlanılacaq. 

Bu barədə Gəncə Avtomobil Zavodu” İB-nin mətbuat xidmətindən məlumat veriblər. İstehsalat Birliyi ilə Almaniyanın “Eurabus GmbH” şirkəti Azərbaycan və üçüncü ölkələrdə “Eurabus” elektrik avtobuslarının yığılması və reallaşdırılması ilə bağlı niyyət protokolu imzalayıblar. 

Razılaşmaya əsasən elektrik avtobusların həm Azərbaycanda, həm də üçüncü ölkələrdə reallaşdırılması nəzərdə tutulur.

İkinci nəsil “Eurabus 2.0” 2013-cü ildə Belçikanın avtosalonunda nümayiş olunub. Uzunluğu on iki metrə çatan avtobuslar gücü 130 kvt olan “Zawheel” elektromühərrik-təkərlərlə hərəkətə gətirilir. Bu mühərriklər partnyor kompaniya olan “Ziehl-Abegg Automotive GmbH”-da istehsal olunur. Mühərrikləri 314 kvt/saat enerji ilə litium-fosfat akkumulyatorlar təmin edir. Akkumulyatorların bir dəfə doldurulması 25-300 kilometr yol qət etməyə imkan verir.

Gəncə Avtomobil Zavodu İB-nin rəhbərliyi müasir, keyfiyyətli və sərfəli avtobusların yaxın vaxtlarda həm Azərbaycan bazarında, həm də ölkə xaricində alıcılarının olacağına ümid edir.

Yaxın günlərdə Azərbaycana sınaq məqsədilə "Eurabus" elektrik avtobuslarının ilk modeli gətiriləcək. AN SPRESS-in Trend-ə istinadla verdiyi məlumata görə, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, imzalanan memorandum bir ay-ay yarım ərzində elektrobusların ilk modelinin çatdırılmasını nəzərdə tutur və burada aprobasiyadan keçiriləcək. "Biz onu Bakı, Sumqayıt və Gəncədə sınaqdan keçirməli və bir sıra texniki məsələləri dəqiqləşdirməliyik".

Onun sözlərinə görə, bu nəqliyyat vasitələrinin akkumulyatorları çox bahalıdır, buna görə də ən optimal variantı tapmaq zəruridir: "Gəncə Avtomobil Zavodu min ədəd belə avtobus buraxmağa ha

Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR