Azərbaycana daha çox hansı malların qaçaq yolla gətirildiyi açıqlandı

Azərbaycana daha çox hansı malların qaçaq yolla gətirildiyi açıqlandı

Azərbaycana qaçaq yolla əsasən narkotik tərkibli maddələr, tütün məhsulları, spirtli içkilər və mobil telefonların keçirilməsi cəhdləri olur.

Aktual.az  xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Aydın Əliyev deyib. 

O qeyd edib ki, Azərbaycanın İranla sərhəd keçid məntəqəsində ən böyük təhlükə narkotik vasitələrin ölkəyə keçirilməsi ilə bağlıdır: 

“Bu ilin 8 ayı ərzində gömrük orqanlarının əməkdaşları tərəfindən artıq 1 ton 100 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Hər gün az miqdarda da olsa ayrı-ayrı vətəndaşlar tərəfindən narkotik və psixatrop tərkibli maddələrin keçirilməsinə cəhd edilir”.

Komitə sədri əlavə edib ki, bütün sərhəd keçid məntəqələrində tütün məhsullarının ölkəyə qaçaq yolla gətirilməsinə cəhd olunur. Onun sözlərinə görə, spirtli içkilərin ölkəyə qanunsuz yolla daxil olması halları daha çox Gürcüstan və Rusiya tərəfində müşahidə olunur: 

“Eyni zamanda, Gürcüstanla sərhəd keçid məntəqəsində vətəndaşların qanunsuz olaraq ölkəyə mobil telefonlar keçirmək cəhdi böyük problemlər yaradır”.

A. Əliyev əlavə edib ki, vətəndaşlar kommersiya və istehsalat məqsədləri üçün ölkəyə gətirilən məhsullara edilən güzəştləri düzgün başa düşmür və kommersiya məqsədləri üçün gətirilən mallara güzəştlər edilməsini istəyirlər: 

“Nazirlər Kabinetinin 305 saylı qərara etdiyi son dəyişiklər bu məsələyə tam aydınlıq gətirib”.

Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR