Gəncəli şagirdlər Naxçıvana yola düşüblər

Gəncəli şagirdlər Naxçıvana yola düşüblər

Ölkə Prezidentinin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Gəncənin məktəbliləri Naxçıvana yola düşüblər.


Yolasalma mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil idarəsinin, YAP Gəncə şəhər Təşkilatının rəsmiləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər.


Gəncə şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Naqif Həmzəyev keçirilən tur-aksiyasının əhəmiyyətini qeyd edərək, bunun nəinki məktəblilərin tətil günlərinin xoş və mənalı keçirilməsində, habelə onların ayrı-ayrı bölgələr haqqında zəngin məlumatlar almalarında böyük önəm daşıdığını vurğulayıb. Ölkə Rəhbəri tərəfindən şagirdlərə göstərilən bu cür diqqət və qayğıdan onların maksimum bəhrələnməli olduqlarını bildirib.


Ekskursiyaya qatılan Gəncə şəhər 4 saylı tam orta məktəbin şagirdi Nurtan İmanova öz sevincini dilə gətirərək bu cür layihənin keçirildiyi üçün ölkə başçısına minnətdarlığını bildirib.


Çox keçmədən mərasim iştirakçılarının xeyir-duası ilə şagirdlər yola düşüblər.


Xəbər 686 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR