Saxta pulları Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsinin əməkdaşları aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində müsadirə ediblər.
Aktual.az xəbər verir ki, bu barədə sputnik.az-a DİN-dən bildiriblər.
Əməliyyatçılar saxta pulu dövriyyəyə buraxmaq istəyən cinayətkar qrupun izinə düşüblər. Hələlik 3 min avro müsadirə edilib - əskinasların hamısı 500 avro dəyərindədir. Azərbaycan Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin ekspertləri saxta pulları əsl puldan seçməyin çox çətin olduğunu qeyd ediblər. Saxta əskinasların Azərbaycanda hazırlanmadığı görünür. Bununla yanaşı, mərkəzin ekspertləri 500 avro dəyərində əskinasların artıq uzun müddətdir ki, avropalılar üçün baş ağrısına çevrildiyini də qeyd ediblər.
Avropa Mərkəzi Bankı (AMB) ən böyük nominala malik əskinası dövriyyədən çıxarmaq qərarına gəlib. Beləliklə də AMB valyutanın saxtalaşdırılması problemini kökündən həll etmək istəyir. Beşyüzlüklərin cinayətkarlar tərəfindən terror da daxil olmaqla qanunsuz fəaliyyətlərinin maddi dəstək üçün fəal istifadə etmələri və saxtalaşdırmaları maliyyəçiləri ciddi şəkildə narahat edir.
Bu əskinasdan imtina səbəbinin maraq doğuran versiyasını Almaniyada yaşayan və adının çəkilməsini istəməyən həmvətənimiz irəli sürüb. Mənbənin sözlərinə görə, saxta pul çap edənlər - AMB-ni bu əskinası dövriyyədən çıxarmağa vadar edən ikinci dərəcəli səbəbdir. Əsas səbəb - Avropa Bankının düşdüyü maliyyə böhranıdır.
"Daha öncə bank hesabından gündə 10 min avro çıxarmaq mümkün idi. Daha sonra keşin həcmi 5 min, bir müddət sonra isə 2,5 minə qədər azaldı. Hazırda gün ərzində hesabdan min avrodan artıq pul çıxrmaq olar. Bu səbəbdən də avropalılar pulları evdə saxlamağa başlayıbar. Həm də çoxları pulu 500 avroluq ilə saxlamağa çalışır", - mənbə bildirib.
Bu isə Almaniya banklarının əmanətçilərinin sayının 30 faiz azalmasına gətirib çıxarıb. Məşhur Almaniya bankı bu il 11 milyard avro zərər çəkib. 500 avroluq əskinasın avropalılar arasında ən sevimli banknot olması səbəbilə cinayətkarların saxtalaşdırdığı əskinas da məhz o olub...
Aktual.az
Xəbər 795 dəfə oxunub.