"Azərbaycan 2015-ci ildə də investisiya qoyuluşuna görə cəlbedici ölkə olub".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.
O.Əsədov qeyd edib ki, ötən il infrastruktur layihələrinə və digər sahələrə 16 milyard manata yaxın investisiya qoyulub. Bunun 56 faizi daxili investisiya olub.
2015-ci ildə neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna isə 8.8 milyard manat investisiya qoyulub.
O.Əsədov deyib ki, Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət dövriyyəsi həyata keçirib. Bu ölkələrdən 65 faizi Avropa ölkələrinin payına düşür.