Azərbaycan yığması tarixinin ən yaxşı nəticəsini qazana bilər - UEFA REYTİNQİNDƏ

Azərbaycan yığması tarixinin ən yaxşı nəticəsini qazana bilər - UEFA REYTİNQİNDƏ

Azərbaycanın 2018/19 mövsümünə UEFA reytinqinin neçənci pilləsində başlayacağı dəqiqləşib. 
 
Aktual.az  apasport.az-a istinadən xəbər verir ki,buna ölkəmizdən aşağı pillələrdə qərarlaşanları təmsil edən klubların mübarizəni dayandırması səbəb olub.
Son 5 mövsümün nəticələrinə görə  hesabında 19,125 xal olan Avropanın 23-cüsü kimi mövsümü başa vuran Azərbaycanı irəliləyiş gözləyir. Belə ki, 2013/14 mövsümünün nəticələrinin silinməsindən sonra 1 pillə irəliləyəcəyik
2,500 xal qazandığımı mövsüm hesabdan silinəndə Azərbaycanın  16,625 xalı olacaq. Bu, UEFA reytinqinin 22-ci pilləsində qərarlaşmağa kifayət edir. Yayda bu mövqeyə yüksələcək ölkəmiz ən pis halda mövqeyini qorumağa, imkan daxilində irəliləməyə çalışacaq.
Bunun üçün kifayət qədər şans da var. Öndə qərarlaşan İsveç, Belarus və Polşa ilə aradakı fərqin cüzi olması futbolumuza yeni üfüqlər vəd edir. Bu ölkələrdən ən azı ikisini keçsək, Avropanın "Top-20”də qərarlaşmaqla nəticələnəcək. Bu da Azərbaycan üçün görünməmiş nailiyyət olacaq.
 
Hətta 19-cu yer perspektivi də az deyil. Daha yüksək pillələr real görünməsə də, Kiprin uğursuzluğuna ümid etmək mümkündü. Amma təbii ki ilk növbədə öz klublarımız avrokuboklaırn yeni formatını yeni uğurlarla qeyd etməlidi.
Xəbər 644 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR