21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
"Report”un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Eşen şəhərindəki "Sportpark Eschen Mauren” stadionunda keçiriləcək oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşdən əvvəl 1990 – 2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunacaq.
6 iyun
Avropa çempionatı, seçmə oyun
21:00. Lixtenşteyn – Azərbaycan
Baş hakim: Tim Marşall
Baş hakimin köməkçiləri: Pol Robinson, Stefan Donaldson
Dördüncü hakim: Şeyn Endryus
Eşen şəhəri, "Sportpark Eschen Mauren” stadionu.
Xəbər 375 dəfə oxunub.