Azərbaycan yığmalarının heyəti açıqlandı

Azərbaycan yığmalarının heyəti açıqlandı

Güləş Federasiyası məlumat yaydı.

Güləş üzrə Azərbaycan yığmalarının heyəti açıqlanıb.

Güləş Federasiyasından verilən məlumata görə, məşqçilər korpusu martın 8-dən 13-dək Latviyanın paytaxtı Riqada keçiriləcək Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandaların heyətini müəyyənləşdirilib.

Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Qitinomaqomed Hacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək. Yığma baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında çempionatda iştirak edəcək.

Qadın güləşi üzrə yarışlarda baş məşqçi Semyon Şterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında heyətə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Yuliya Ratkeviç (60 kq) və Gözəl Zutova (69 kq) daxil edilib.

Yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında məşqçilər korpusu Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Həsən Əliyev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.

Çempionatın proqramına əsasən, martın 8, 9, 10 və 11-də sərbəst və qadın güləşi üzrə, 12-13 martda isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.

İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri isə saat 21:00-da başlayacaq.

Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR