Azərbaycan yeni təyyarələr alacaq

Azərbaycan yeni təyyarələr alacaq

"Azərbaycan Ukraynanın "Antonov" şirkətinin istehsalı olan AN-178 təyyarələrini alacaq".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.

Səfirin sözlərinə görə, iki ədəd AN-178 təyyarəsi yaxın zamanlarda Bakıya göndəriləcək.

A.Xudiyev bildirib ki, Azərbaycanla Ukrayna arasında 10 ədəd AN-178 təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb: "Qalan 8 təyyarə isə razılaşma əsasında Azərbaycana tədarük olunacaq".

Diplomat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında birgə istehsalat barədə razılaşma da mövcuddur.
 

Aktual.az 

Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR