Böyrək daşı-Azərbaycanda ən çox yayılmış xəstəlik

Böyrək daşı-Azərbaycanda ən çox yayılmış xəstəlik

“Bu gün Azərbaycanda onminlərlə böyrək daşlarından əziyyət çəkən xəstə var. Onların əksəriyyəti bu problemə ciddi yanaşmır və nəticədə onlarda böyrək çatışmazlığı yaranır”.


Bu sözləri TƏBİB.AZ-a danışan tanınmış uroloq-cərrah, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, uzman Dr. Araz Bayramov söyləyib.


“Böyrək daşları maddələr mübadiləsinin pozulmasından qaynaqlanır” deyən Dr. Araz Bayramovun sözlərinə görə, düzgün pəhriz saxlamalaqla, böyrək daşlarının yaranmasının qarşısını almaq olar.


Son illər böyrək daşlarının müalicəsində böyük nailiyyətlər əldə olunub söyləyən uzman-uroloq böyrək daşlarının tam kəsiksiz, holmium-lazerlə çıxarılmasını müasir urologiyada inqilab adlandırdı:


“Bu günlərdə Avropa Uroloqlar Cəmiyyətinin Madriddə  keçirilən illik toplantısında böyrək daşlarının tam kəsiksiz, yəni təbii yolla qalxaraq, holmium-lazerlə parçalanıb-çıxarılması, ən son yeniliklərindən biri kimi təqdim olundu. Avropalı uroloqların gəldiyi ümumi qənaət bu oldu ki, tam təbii yollarla holmium-lazerlə və kiçik dəliklərlə “mini-perc” üsulu ilə böyrək daşlarının çıxarılması ən uğurlu müasir müalicə üsuludur”.


Xatırladaq ki, Azərbaycanda dörd ildir bu üsulların tətbiqinə başlanılıb.


Ölkəmizdə ilk dəfə olaraq laporoskopik uroloji əməliyyatları, laporoskopik parsial nefrektomiya, ikitərəfli böyrək daşlarının eyni anda müalicəsini həyata keçirən uzman Dr. Araz Bayramov həmçinin Azərbaycanda böyrək daşlarının təbii yolla qalxaraq, holmium-lazer və “mini-perc” üsulu ilə müalicəsini həyata keçirir.


Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü olan Dr. Araz Bayramov Avropada təhsil alıb və Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-androloq-cərrah kimi çalışıb.


Hazırda MTN-nin Hospitalında və “Baku Clinic”də çalışan Dr. Araz Bayramov ABŞ-ın dünyaca məşhur “American” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edir.


Uzman Dr. Araz Bayramovla əlaqə:


050-234-55-60(TƏBİB.AZ)


Xəbər 1542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR