Ölkələrin ilk üçlüyünün sonuncusu Almaniyadır.
Azərbaycan XİN-nin, vətəndaşları Azərbaycanın işğal olunmuş ərazisinə səfər etmiş ölkələrin siyahısına Minsk qrupunun həmsədr ölkələri və inkişaf etmiş Avropa dövlətləri liderlik edir, Dailykarabakh məlumat yayıb.
XİN-nin “qara siyahısı”na 49 ölkədən olan 501 adam düşüb. Onların çoxu ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın (133 nəfər) payına düşür. İkinci yerdə həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-dır (41 nəfər). Ölkələrin ilk üçlüyünün sonuncusu Almaniyadır (38 nəfər).
Azərbaycanın işğal olunmuş ərazilərinə İtaliyadan 36 nəfər, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransadan isə 30 nəfər gəlib.
“Qara siyahıda” növbəti yerləri Böyük Britaniya (19 nəfər) və İsveçrə (10 nəfər) tutur.
Azərbaycan ilə quruda həmsərhəd olan ölkələrdən işğal olunmuş Azərbaycan torpaqlarına 16 nəfər səfər edib, onların 11 nəfəri Gürcüstan, iki nəfəri Türkiyə və üç nəfəri isə İran vətəndaşıdır.