Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib.
Aktual.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Müasir dövlətçiliyimizin qurucusu, ölkəmizin inkişaf strategiyasının banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə müstəqil Azərbaycanın inkişaf və rifahı naminə misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik", - paylaşımda bildirilib.
Müasir dövlətçiliyimizin qurucusu, ölkəmizin inkişaf strategiyasının banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə müstəqil Azərbaycanın inkişaf və rifahı naminə misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət… pic.twitter.com/27IJHfbNie
— MFA Azerbaijan (@AzerbaijanMFA) May 10, 2024
Xəbər 151 dəfə oxunub.