"Azərbaycan xalqından üzr istəyirəm" ​Niyazi Əliyev


"İstərdim qızıl medal qazanım. Qismət belə imiş". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında kumite yarışlarında 67 kq çəki dərəcəsində bürünc medal qazanmış Niyazi Əliyev deyib. 

O, Azərbaycan xalqının qarşısında baş əydiyini bildirib və xalqdan üzr istəyib: "Azərbaycan xalqından üzr istəyirəm. Bürünc medal da pis deyil. Keçən dəfə Burak Uyqurla Avropa çempionatında qarşılaşmışdım. Mənə təsir edən uduzmağım yox, oğlumun boynuna qızıl medal asa bilməməyimdir. O məni tribunadan izləyirdi. Heç kim istəməz ki, səhv etsin. Bu, idman şanssızlığıdır. Yarışa çox ciddi hazırlaşırdıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm".

Aktual.az

Xəbər 1635 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR