Azərbaycan vətəndaşlığı ilə bağlı əsasnaməyə dəyişikliklər edildi

Azərbaycan vətəndaşlığı ilə bağlı əsasnaməyə dəyişikliklər edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Aktual.az xəbər verir ki, Əsasnamənin 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- səkkizinci abzasa "vəsiqəsinin” sözündən sonra "və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin” sözləri əlavə edilir;

- doqquzuncu abzas aşağıdakı redaksiyada verilir:
"pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər istisna olmaqla);”. 
 
Aktual.az
Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR