Azərbaycan vətəndaşlarına terror xəbərdarlığı

Azərbaycan vətəndaşlarına terror   xəbərdarlığı

Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə səfirlikdən deyiblər.

Diplomatik missiyalar bu ölkədə yaşayan, müvəqqəti qalan əməkdaşlarına və həmvətənlərimizə küçəyə çıxmamağı və insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.

Qeyd edək ki, bu gün Brüssel aeroportunda və metrosunda baş vermiş partlayışlar nəticəsində 27 nəfər ölüb, 35 nəfər yaralanıb. Hadisədən sonra bütün reyslər ləğv edilib.

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR