Azərbaycan vətəndaşı Rusiyada qətl törətdi

Azərbaycan vətəndaşı Rusiyada qətl törətdi

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı qətl törədib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, kirayə qaldığı evin sahibini qətlə yetirən azərbaycanlı polisə könüllü təslim olub. O, martın 1-də səhər 06:30 radələrində Rusiya Daxili İşlər Nazirliyinin Sank-Peterburq şəhəri üzrə Baş İdarəsinin növbətçi hissəsinə zəng edərək tanışını qətlə yetirdiyi etiraf edib. Polislər dərhal hadisə yerinə gediblər. Onlar evdə Sankt-Peterburq sakininin cəsədini aşkar ediblər.

Azərbaycan vətəndaşı qətlə yetirdiyi şəxsin kirayənişini olduğunu söyləyib. O, ev sahibinin ondan kirayə haqqını tələb etdiyini, aralarında bu səbəbdən mübahisə yaşandığını bildirib: “İçkili idim, vurdum, öldürdüm”.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR