Azərbaycan vətəndaşı “donuz qrip“indən öldü - Rusiyada

Azərbaycan vətəndaşı “donuz qrip“indən öldü   - Rusiyada
  • DÜNYA

Rusiyanın Yamalo-Nenetsk Muxtar Vilayətinin Noyabrsk şəhərində pandemiya halı almış qrip virusu Azərbaycan vətəndaşının ölümünə səbəb olub.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətindən (Rospotrebnadzor) bildiriblər ki, 53 yaşlı azərbaycanlının ölümünə səbəb 7 gün ərzində evdə müalicə alması və xəstəxanaya gec müraciət etməsidir. Onun А/H1N1 ("donuz qripi") virusundan öldüyü ehtimal edilir.

Xatırladaq, ötən ilin noyabrında da vilayətin Yeni Urenqoy şəhərində А/H1N1 ("donuz qripi") virusundan ölüm faktı qeydə alınıb.

Son 1 həftədə isə həmin ərazidə kəskin respirator virus infeksiyası səbəbi ilə xəstəxanalara müraciət edənlərin sayı artıb.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR