Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə məsləhətləşmələr aparıb.
Aktual.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda və qonşu regionlarda mövcud vəziyyəti müzakirə ediblər.
Nazirlər müavinləri Avropa İttifaqı və NATO məsələləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunulub.

Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR