Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı oldu

Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları bəyanatının müddəalarının icrasını, o cümlədən tərəflərin rusiyalı sülhməramlılar ilə qarşılıqlı əlaqəsini, habelə ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər”, - nazirlikdən bildirilib.
Xəbər 634 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR