Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov çərşənbə axşamı telefon danışığı zamanı Laçın dəhlizi ətrafında vəziyyətin tənzimlənməsi yollarını müzakirə ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb. Nazirlər Laçın dəhlizi ətrafında vəziyyətin tənzimlənməsi yollarının müzakirəsini davam etdiriblər”, - nazirlikdən bildirilib.
Lavrov Rusiya tərəfinin Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərləri arasında Moskvada iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğunu təsdiqləyib.
Xəbər 297 dəfə oxunub.