Azərbaycan və Rusiya terrorçuluğa qarşı birgə əməliyyatlara başlayıb

Azərbaycan və Rusiya terrorçuluğa qarşı birgə əməliyyatlara başlayıb

Bu gün səhər saatlarından Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşları iki ölkə sərhədində yerləşən rayonlarda birgə ənənəvi sərhəd-sipər əməliyyatlarına start verib.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bu məqsədlə Qusar və Xaçmaz rayonları ərazisində xüsusi polis postları qurulub.

Tədbir noyabrın 27-dək davam edəcək.

Əməliyyatın keçirilməsində əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.
 
Aktual.az
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR