Azərbaycan və Rusiya təhsil nazirləri memorandum imzaladı

Azərbaycan və Rusiya təhsil nazirləri memorandum imzaladı

Bu gün Rusiya nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis mərasimi keçirilib.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Rusiyanın təhsil və elm naziri Dmitri Livanov, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Mərasimdə çıxış edən M. Cabbarov Rusiya və Azərbaycan arasında elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, müasir çağırışlara əsaslanan bu əlaqələr birgə innovativ layihələrin reallaşmasına zəmin yaradacaq.
Rusiyanın elm və təhsil naziri Dmitri Livanov öz çıxışında ali təhsil müəssisələri arasındakı əməkdaşlığın ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir etdiyini vurğulayıb.

O, yeni qurumun universitetlərarası əməkdaşlıq üçün yaxşı platforma olacağını deyib. Sonda ölkəmizin tədris müəssisələrində rus dilinin sistematik tədrisi ilə əlaqədar öz təşəkkürünü bildirib.

Çıxışlardan sonra hər iki ölkənin rektorları tərəfindən yaradılması barədə memorandum imzalanıb.

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR