Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub

Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

Aktual.az-ın məlumatına görə, bu barədə Rusiyanın hökumət saytında məlumat verilib.
Bildirilir ki, 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı kimi hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.
"Mixail Mişustin və Əli Əsədov nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, - deyə məlumatda vurğulanıb.

Xəbər 179 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR