"Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” imzalanıb.
Aktual.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.
Qeyd edək ki, sənəd aprelin 20-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi zamanı imzalanıb. İki ölkə arasında imzalanan sənədlərin ümumi sayı 10-dur.
Xəbər 444 dəfə oxunub.