Azərbaycan və Qazaxıstan protokol imzaladı

Azərbaycan və Qazaxıstan  protokol imzaladı

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 12-də MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astana şəhərində keçirilmiş 74-cü iclasında müşahidəçi qismində iştirak edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, DSX-dən verilən məlumata görə, iclasda MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində sərhəd təhlükəsizliyinə qarşı 2015-ci ildə təhdidlərin təhlili və 2016-cı ildə şəraitin inkişafı, SQKŞ-nin 2015-ci ildə fəaliyyətinin nəticələri, peşəkar kadrların hazırlanması və ixtisasının artırılması üzrə tədbirlər, 2016-cı ildə planlaşdırılan tədbirlər, SQKŞ-nin növbəti iclası və digər məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Rusiya Federasiyası, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan, Özbəkistan respublikaları və Türkmənistanın sərhəd qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib.

Noyabrın 12-də Qazaxıstan Respublikasının MTK Sərhəd Xidmətinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə Xəzər dənizində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin olunması üzrə keçirilmiş tədbirlər, həmçinin iki ölkənin sərhəd qurumları arasındakı əlaqələrin vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb, Xəzər dənizində birgə təlimlərin təşkil olunması, həmçinin qanunsuz miqrasiya, narkotiklərin daşınması, qaçaqmalçılıq və digər qeyri-qanuni fəaliyyətlərə qarşı praktiki əməkdaşlığın həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Görüşün nəticələrinə əsasən Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında Protokol imzalanıb.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR