Azərbaycan və Paraqvay arasında "Anlaşma Memorandumu” imzalandı

Azərbaycan və Paraqvay arasında

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Paraqvay Respublikasının xarici işlər naziri Eladio Loizaga ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Aktual.az-a bildiriblər ki, görüş zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirildi, qarşılıqlı səfərlərin həyata keçirilməsinin, iki ölkənin XİN-lərarası siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edildi.

Görüşdə regional və beynəlxalq mövzular, o cümlədən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu, Paraqvayın MERKOSUR-dakı fəaliyyəti, Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələri, habelə Ermənistan-Azərbaycan münaqişəsi barədə fikir mübadiləsi aparıldı.

Ermənistan-Azərbaycan münaqişəsinin son vəziyyəti və danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə paraqvaylı həmkarına məlumat verən nazir Elmar Məmmədyarov 10 sentyabr 2015-ci il tarixində Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatasında müvafiq bəyanatın qəbul edilməsinin əhəmiyyətli olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov paraqvaylı həmkarını Azərbaycana səfərə dəvət etdi. Dəvətə görə təşəkkürünü bildirən nazir, qarşılıqı olaraq azərbaycanlı həmkarını da Paraqvaya səfərə dəvət etdi.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Aktual.az

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR