Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni arasında görüş başlayıb.
Aktual.az xəbər verir ki, C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Qeyd edək ki, E.Kohen Azərbaycanda səfərdədir.
Xəbər 254 dəfə oxunub.