Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü başladı

Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü başladı

Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.

XİN-nin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, görüşdə ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunacaq. 
Qeyd edək ki, bu gün Azərbaycan, İran və Türkiyə  xarici işlər nazirlərinin iştirakı ilə beşinci üçtərəfli görüş keçiriləcək. Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.


Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR