Azərbaycan, İran və Rusiya bu ölkələrdən keçən nəqliyyat dəhlizlərinə, o cümlədən dəmir yolu şəbəkələrinə böyük önəm verirlər.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə keçirdiyi üçtərəfli görüşün yekunu üzrə mətbuat konfransında deyib.
O qeyd edib ki, aprelin 20-də Azərbaycan və İran arasındakı sərhəddə dəmir yolu körpüsünün tikintisinin başlama mərasimi baş tutacaq.