Azərbaycan və İran anlaşma memorandumu imzalayıb

Azərbaycan və İran anlaşma memorandumu imzalayıb

Bu gün Azərbaycan və İran Tehranda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclasının yekun sənədini imzalayıb.
Aktual.az xəbər verir ki, bu barədə Trend İranın IRINN dövlət televiziyasına istinadən məlumat verir.

Yekun anlaşma memorandumu neft, qaz, sənaye, ticarət, səhiyyə daxil olmaqla 12 müxtəlif sektoru əhatə edir.

Sənədi İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Vaezi və bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzalayıblar.

Sənəd neft layihələrinə sərmayələrin qoyulmasını, eləcə də qaz svopu üzrə mübahisələrin tənzimlənməsini və Azərbaycanın qaz anbarlarının istifadəsində koordinasiyanı nəzərdə tutur.

Tərəflər Azərbaycanda "Ordubad" elektrik stansiyasının, İranda isə "Marazad" elektrik stansiyasının tikintisi barədə razılaşma əldə ediblər. Tərəflər, həmçinin sərhədyanı çayların su resurslarının birgə idarə edilməsinin həyata keçirilməsi barədə razılıq əldə ediblər.

İran və Azərbaycan elektrik enerjisinin svopu haqqında memorandum da imzalayıb. Sənədə əsasən, iki ölkə arasında elektrik enerjisinin alışı və satışının yekun qiyməti müəyyən edilib.

Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR