ABŞ Ermənistan və Azərbaycan üzərindən yeni quru yolu yaratmaq istəyir.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri bu yol vasitəsilə dünya bazarına çıxa bilər:
"Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və onların dünya bazarlarına çıxış üçün yeganə variantları Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycandan keçən marşrut aça bilsək, o zaman onlar Rusiyadan və Çindən daha az asılı olacaqlar".
Xəbər 297 dəfə oxunub.