Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanarasında görüşün yeri və vaxtı dəqiqləşib.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, görüş dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.