Azərbaycan və Ermənistan başqa sənəd də imzalayıb - İDDİA

Azərbaycan və Ermənistan başqa sənəd də imzalayıb - İDDİA

5 il sonra Azərbaycan Sünikə (Zəngəzur) girəcək. Bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Baqratyan Qafana səfər etdiyini və gördüklərini yazıb: "6-9 fevral tarixlərində Qafanda idim, əhali ilə danışmağa, 9 noyabrdan sonra necə yaşadıqlarını görməyə getmişdim. Söhbət alınmadı, əlavə nəyəsə ehtiyac yox idi. Azərbaycan əsgərləri və bayraqlarının şəhəri əhatə edən şərq təpələrində görəndə şok oldum. Bu qədər yaxın olmamalı idilər. Bir müddət əvvəl inşa edilmiş Qafan-Qeqanuş-Çakaten-Sikahoq-Srasen-Tsav-Svanidzor (son iki kənd Mehri bölgəsindədir) yolu ilə getdikcə, bir neçə yerdə asılmış afişalar Azərbaycan ərazisi olduğunu göstərirdi, başqa sözlə, adıçəkilən kəndlər bu yol olmadan nə Mehriyə, nə də Qafana gedə bilərlər, yəni ümid azərbaycanlıların yolları bağlamamasına qalıb”.

Q.Baqratyan rus zabitin ona dediklərini də qeyd edib. "Hər yerdə rus patrulunu görürəm, onlardan burada nə etdiklərini soruşuram. Rus zabit mənə səbrlə izah edir ki, imzalanmış memoranduma görə yolun təhlükəsizliyini qoruyurlar. Hansı memorandum? Mənə Ermənistan və Azərbaycan arasında imzalanmış 6 maddəlik memorandumu göstərir və məlum olur ki, tərəflər yolların təhlükəsizliyinin təmin edilməsi üçün sənəd imzalayıb. Sənəddə koordinatlar aydın şəkildə qeyd olunur. Məlum olur ki, Nikol Paşinyan Azərbaycanla sərhədlərin şifahi şəkildə razılaşdırıldığını deməklə yalan danışıb, 9 noyabr razılaşmasından savayı da sənəd var. Bu "xoşbəxtlik” ən yaxşı halda 5 il davam edəcək, bundan sonra azərbaycanlılar Sünikə (Zəngəzur) girəcəklər”- o iddia edir. 
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR