Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb.
Söhbət zamanı həmçinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub, ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.