“Azərbaycan və Avstraliya neft-qaz sahəsində məhsuldar əməkdaşlıq edə bilər” Deputat

“Azərbaycan və Avstraliya neft-qaz sahəsində məhsuldar əməkdaşlıq edə bilər”  Deputat

Azərbaycan və Avstraliyanın neft-qaz sahəsində əməkdaşlıq potensialı var. Bu barədə Trend-ə Avstraliya parlamentinin deputatı Lyuk Simpkins deyib. 

O bildirib ki, ölkələr bir-birindən uzaqda yerləşsə də, onların ümumi ortaq cəhəti çoxdur: “Neft-qaz sektoru Avstraliya üçün çox vacib sektordur və bu gün əmin olduq ki, bu Azərbaycan üçün də keçərlidir”.

L.Simpkins qeyd edib ki, Azərbaycan və Avstraliyanın məhsuldar əməkdaşlığa başlaması üçün əməkdaşlıq imkanları detallı öyrənilməli, təhlil aparılmalı və qanunverici baza yaradılmalıdır: “Bu gün Avstraliya parlamentində Azərbaycan-Avstraliya Parlamentlərarası Dostluq Qrupunun yaradılması məsələsi müzakirə edilir. Azərbaycanın Avstraliyadakı səfirliyi də iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi üçün böyük işlər görür. Hazırda Azərbaycan və Avstraliya arasında münasibətlərin inkişafı üçün çox yaxşı imkanların olduğunu hesab edirəm”.

Aktual.az

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR