Azərbaycan və Aİ bir sıra sahələrdə əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan və Aİ  bir sıra sahələrdə əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan və Aİ 2016-ci il mayın 18-də Bakıda keçiriləcək biznes sammiti zamanı turizm, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.

Aktual.az bildirir ki, bu barədə Trend Avropa qonşuluq siyasəti informasiya mərkəzinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, sammit Avropa və Azərbaycan şirkətlərinə əməkdaşlıq qurmaq və qarşılıqlı biznes imkanlarını öyrənmək imkanı verəcək.

Biznes-sammiti zamanı Azərbaycanda işləmək istəyən Avropa şirkətlərinə təklif edilə biləcək xidmətlər də təqdim olunacaq.

Sammit ərəfəsində 17 may tarixində "British Business Group", Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniya-Azərbaycan, İtaliya-Azərbaycan, Fransa-Azərbaycan ticarət palatalarının nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçiriləcək.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR