Avropa İttifaqı (Aİ) və Azərbaycan ümumi aviasiya zonası haqqında sazişin imzalanması üzrə danışıqlara başlamağa hazırdır.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.
Onun sözlərinə görə, bu saziş Azərbaycan və Aİ-yə aviasiya sektorunda rəqabətin yüksəldilməsi baxımından çox şey verəcək.
M.Mard qeyd edib: "Biz payızda alt komitələr səviyyəsində bir sıra görüşlərin keçiriləcəyini gözləyirik. Görüşlər zamanı Azərbaycan və Aİ-nin qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək imkanı olacaq".