Azərbaycanlı sərmayədarlar Türkiyənin şərqindəki Van əyalətində neft-kimya zavodu tikmək istəyirlər.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu vilayətin valisi Rəhmi Doğan deyib.
Onun sözlərinə görə, yeni zavod müasir texnologiyalarla işləyəcək və yüzdən çox iş yerinin açılmasına kömək edəcək.