“Azərbaycan UNESCO-nun donorlarından birinə çevrilib“ - Prezident

“Azərbaycan UNESCO-nun donorlarından birinə çevrilib“  - Prezident

“Azərbaycan UNESCO-nun fəal üzvüdür”.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Parisdə UNESCO" style="line-height: 1.6em;">UNESCO Baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan UNESCO-nun əksər konvensiyalarını və digər hüquqi sənədlərini imzalayıb və ratifikasiya edib:

“2003-cü ildə Azərbaycanla UNESCO mədəniyyət, təhsil, elm və kommunikasiya sahələrində əməkdaşlığa dair çərçivə sazişi imzalayıb. Azərbaycan UNESCO-nun donorlarından birinə çevrilib. Bu bizim az inkişaf edən ölkələr qarşısında vəzifə və öhdəliklərimizdir. Azərbaycan müstəqilliyinin ilk illərində yoxsulluq, iqtisadi tənəzzül, işğal kimi problemlərlə üzləşib. Biz beynəlxalq yardım alan ölkə olmuşuq. İndi bunları geri qaytarmaq və inkişafa kömək etmək üçün bizim növbəmizdir. Əminəm ki, UNESCO-nun fəaliyyət göstərdiyi təhsil, mədəniyyət və elm kimi sahələr dünyanı təhlükəsiz etmək üçün olan sahələrdir. Biz fəxr edirik ki, Azərbaycanın İçəri şəhəri, Şirvanşahlar sarayı, Qobustan qayaüstü rəsmləri, Qız qalası UNESCO tərəfindən qorunan abidələrdir”.

Dövlət başçısı qeyd edib kİ, Azərbaycan qədim mədəniyyət, tarix və ənənələr torpağıdır. “Lakin müstəqil ölkə kimi çox gəncdir. 23 il bir siyasi sistemdən digərinə, bazar iqtisadiyyatına keçid illəri olub. Bu illər ərzində bizim ölkə inkişafa nail olub”, - deyə o vurğulayıb. 

Aktual.az

Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR