"İnşallah, çempion olacam və Azərbaycan üçün qızıl medal qazanacam".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1/4 finala çıxan Azərbaycan boksçusu Lorenzo Sotomayor Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya deyib.
Boks üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Nəriman Abdullayev də L.Sotomayorun çıxışını yüksk qiymətləndirib: "Lorenzonun rəqibi güclü boksçu idi, amma bugünkü döyüşdə Lorenzo daha yaxşı idi və gözəl də qələbə çaldı".
N.Abdullayev bildirib ki, Lorenzo bu döyüşdə çox rahat mübarizə apardı və bütün hakimlər onun qalib olduğunu təsdiqlədilər.