Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edir

 Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edir

"Azərbaycan 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək".

"Report” "THMHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Viza rejimi Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əldə edilən razılıq əsasında ləğv olunub. Bu da "Bir millət, iki dövlət”ə yaraşan haldır”, - deyə M.Çavuşoğlu "Twetter” səhifəsində yazıb.


Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR