Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3,832 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.
7 ay ərzində ixrac edilmiş "mavi yanacağ”ın dəyəri isə 669,182 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Hesabat dövründə təbii qaz ixracı ümumi ixracın 10,9%-i qədər olub.
Aktual.az Xəbər 449 dəfə oxunub.