Bu ilin yanvar ayı ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, 2016-cı ilin yanvarında 203,05 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq ayına nisbətən 124,06 min dollar yaxud 37,93% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,03%-ni təşkil edib.
Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 1 179,30 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-cü il ilə müqayisədə 2 254,89 min dollar və ya 2,9 dəfə azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,27% təşkil edib.