Azərbaycan və Slovakiya milli komandaları arasında Bakıda keçiriləcək AVRO-2020-nin seçmə oyununu idarə edəcək hakimlər bəlli olub.
"Report"un məlumatına görə, iyunun 11-də baş tutacaq matç şotlandiyalı hakimlər briqadasına tapşırılıb.
Baş hakim Con Bitona yan xətt hakimləri Alan Mulvanni və Şon Karr köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Donald Robertson yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 11-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün eyni stadionda Macarıstan kollektivi ilə üz-üzə gələcək. Həmin qarşılaşma da 20:00-da start götürəcək.
Xəbər 445 dəfə oxunub.