Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri şagirdlərlə görüşdü - BSU MLK-də

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri şagirdlərlə görüşdü   - BSU MLK-də

Bu gün Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksinin (MLK) şagirdləriAzərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov və ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi ilə görüşüblər.

Görüşü giriş sözü ilə BSU-nun rektor müşaviri Elvin Hətəmov açaraq komleksdə start verilən yeni layihə barədə şagirdləri məlumatlandırdı. Layihənin əsas məqsədinin şagirdləri elmə, təhsilə həvəsləndirmək olduğunu deyən E.Hətəmov bu istiqamətdə müham işlər görüldüyünü dedi.

Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək şagirdlərə uğura aparan doğru yol barədə geniş müharzirə oxudu. Şagirdlərin məktəb illərindən İKT və xarici dil biliklərinə yiyələnməsinin vacibliyindən danışan S.Abbasov bunun gələcəkdə uğur açarı kimi dəyərləndirdi.

Daha sonar ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi çıxış edərək son 10 ildə qazandığı uğurlardan danışdı. O, həmçinin fəaliyyət göstərdiyi təşkilatın fəaliyyəti barədə iştirakçıları məlumatlandırdı.

Sonra tədbir dialoq, sual-cavab formatında davam etdi. 

Xəbər 3486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR