Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şura tərəfindən təltif edildi - UĞURLU İCRAYA GÖRƏ

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şura tərəfindən təltif edildi   - UĞURLU İCRAYA GÖRƏ

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci ildəki fəaliyyəti haqqında hesabat konfransı keçirib.

Toplantıda çıxış edən Şura sədri Azay Quliyev 2015-ci ilin QHT sektorunun dinamik inkişafı ilə yadda qaldığını deyib. Azay Quliyev Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, elektron xidmətlərin təkmilləşdirilməsi və digər sahələrdə müsbət tendensiyanın müşahidə edilməsinə baxmayaraq, bir sıra QHT-lərin müqavilə öhdəliklərinə əməl etməsində qüsurlara yol verdiyini vurğulayıb.

Konfransda ötən il Şuranın maliyyə dəstəyi ilə ən yaxşı layihə icra edən 43 QHT Fəxri Fərmanla təltif edilib.

Müqavilə öhdəliklərinə əməl etməmiş 172 QHT-dən 58 min manat tutulub, 6 təşkilata isə qrantın ikinci tranşının ödənilməsindən imtina edilib. 28 QHT-nin layihəsinin icra vəziyyəti qeyri-kafi sayılıb.

Hesabat konfransında Şuranın 2015-ci ildə fəaliyyətindən bəhs edən filmin və maliyyələşdirilən layihələr haqqında kitabın da təqdimatı olub.

Təltif olunanlar arasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi də var. ASGA “Mənim ilk səsim – Election.az – Virtual Təbliğat Mərkəzi” layihəsini uğurla icra etdiyinə görə təltif edilib.
Aktual.az-ın 7News.az-a istinadən məlumatına görə bu barədə ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib. S.Abbasov bu kimi tədbirlərin keçirilməsinin QHT-lərin institusional inkişafı üçün stimul yaratdığını qeyd edib: "hesab edirəm ki, bu kimi tədbirlər QHT-lərin məsuliyyətini ikiqat artırır. Mükafatlandırılan QHT-lərin seçimi isə bir yox bir neçə təsnifat üzrə aparılıb və müvafiq balla qiymətləndirilib. Hesab edirəm bu həm də fəaliyyətdə şəffaflığı sübüt edən əsas göstəricilərdən biridir"

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR