Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) üzvləri Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edərək önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildiriblər.
Mərasimdə ASGA-nın sədri Səbuhi Abbasov, sədr müavini Tural Əhmədov, Analitik Təhlil Mərkəzinin rəhbəri Azər verdiyev və təşkilatın sıravi üzvləri iştirak edibər.
Daha sonra gənclərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.