Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibinin müavini Ömər Kocaman Milli.Az-a bildirib ki, Azərbaycanda parlament seçkilərinin bu formada gercəkləşdiliməsinə görə çox məmnundur.
"Bilirsiniz ki, eyni gündə dost və qardaş ölkə olan Türkiyədə də parlament seçkiləri keçirildi. Hər iki ölkədə siyasi stabilliyə, regional və iqtisadi inkişafa "hə" dedilər. Ümid edirəm ki, bu seçkilər həm Azərbaycan, həm Türkiyə üçün nümunə olacaq. Azərbaycan və Türkiyənin özünəməxsus fərqli seçki xususiyyətləri var, amma hər iki ölkədə var olan ortaq bir şey var, bu da insanların seçkilərə olan marağı, fəal iştirakçılığı və demokratiyaya olan inamı və bağlılığıdır. Biz bunu Azərbaycanda və Türkiyədə də görürük. Seçicilər özlərinə yaxın bildiyi insanlara, partiyalara səs verə bilirlər. Bu, hər iki xalqın demokratiyaya olan marağının göstəricisidir".
Kocaman, həmçinin qeyd edib ki, müşahidə missiyası iki hissəyə bölünərək Bakıda 18, Gəncədə 25 seçki məntəqəsində olublar. Məntəqələri ziyarət etdiyi zaman missiya inzibati və hüquq-mühafizə orqanları tərəfindən müdaxilə hallarına rast gəlməyib. Missiya seçkiöncəsi kampaniya zamanı və seçki günü heç bir qanun pozuntusu qeydə almayıb. Seçkiləri ədalətli və qərəzsis müşahidə etmək üçün müşahidəçilərə şərait yaradılıb, qanunvericiliyə uyğun olaraq seçicilərin iradəsi təmin olunub.