Azərbaycan siyasətində yeni münasibətlər sistemi: iqtidarla müxalifət 4 saat nələrdən danışdı?

Azərbaycan siyasətində yeni münasibətlər sistemi: iqtidarla müxalifət 4 saat nələrdən danışdı?

Partiya rəhbərlərindən dəyərləndirmə: "Cənab Prezidentin ortaya qoyduğu iradə…”

Fevralın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən "Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda Dəyirmi Masa təşkil edilib.

 "Hilton” otelində təşkil olunan tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak edib.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, AĞ Partiyasının sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çıxış edərək, tədbirin önəmini vurğulayıblar.



"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu siyasi dialoq mühitinin adaptasiyasında medianın rolundan söz açıb.

 Eyni zamanda xarici təhlükələrə qarşı xarici dillərdə də fəaliyyət göstərən media orqanlarımızın gücləndirilməsini zəruri hesab edib. 

AMEA-nın Fəlsəfə və Sosiologiya institutunun direktoru İlham Məmmədzadə dialoqda yeni ideyaların irəli sürülməli olduğunu vurğulayıb.

Tural Abbaslı ailəliklə namizəd oldu

AĞ Partiya başqanı Tural Abbaslı Musavat.com-a tədbir sonrası təəssüratlarını bölüşüb: 

"Bildiyiniz kimi, tədbir Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin tədbiri idi. Ölkədə qeydiyyatda olan 26 siyasi partiyadan 24-nün rəhbərliyi ilə media nümayəndələri, QHT-lər, eyni zamanda, ziyalıların iştirakı ilə keçirilən bir dəyirmi masa idi. Yeni yaranmış siyasi situasiyada yeni münasibətlər sisteminin formalaşması haqqında fikir mübadiləsi aparıldı. Bununla bağlı partiya sədrləri müxtəlif fikirlər bildirdilər, öz fikirlərini ifadə etdilər, ən müxtəlif məsələlərə toxundular. Eyni zamanda media nümayəndələrinin də adından çıxış oldu. Rauf Arifoğlu çıxış etdi. Ziyalılar adından da çıxış oldu. Tədbirdə dövlət qurumlarının nümayəndələri də iştirak edirdi. Ədliyyə və maliyyə nazirlikliklərindən, Hesablama Palatasından, MSK-dan müavinlər səviyyəsində nümayəndələr təmsil olunurdu. Onlar da bu proseslər haqqında öz fikirlərini bildirdilər. Partiyaların bu orqanlarla əlaqələrinin qanunvericilikdə təsbiti barədə fikir mübadiləsi aparıldı. Düşünürəm ki, faydalı, lazımlı tədbir idi. Ümumiyyətlə, belə dəyirmi masaları Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tez-tez təşkil edir. Azından belə tədbirlərdə partiya rəhbərləri bir araya gəlirlər, öz aralarında da fikir mübadiləsi aparırlar. Yəni tək dəyirmi masada deyil, ondan əvvəl və sonra da faydalı söhbətlər edirlər. Belə tədbirlər faydalı olduğu üçün düşünürəm ki, yeni münasibətlər sisteminin formalaşmasına da öz töhfələrini vermiş olacaq. Biz də iştirak edirik, fikirlərimizi bildiririk. Tədbiri müsbət qiymətləndirirəm, davamlı olmasını arzu edirəm”.

Deputat Elşən Musayev:

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayevin sözlərinə görə, siyasi partiya nümayəndələrinin və digər qonaqların iştirakı ilə "Suverenliyin bərpası: Siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda təşkil olunan dəyirmi masa olduqca ciddi əhəmiyyətə malik olan bir tədbirdir və dialoq mühitinin daha da  genişləndirilməsi istiqamətində atılan növbəti uğurlu addımdır:

"Təbii ki, mən də çox böyük məmnuniyyətlə həmin tədbirdə iştirak etdim və öz fikirlərimi bölüşdüm. İlk öncə ondan başlayım ki, siyasi partiyalar, onların fəaliyyəti onsuzda elə mahiyyət etibarilə özündə münasibətlər toplusunu, münasibətlər sistemini ehtiva edir. Daha dəqiq desəm: siyasi partiyaların elə əsas işi münasibət qurmaq, həmin münasibəti formalaşdırmaqdır, həm təşkilat daxilində - öz həmfikirləri ilə həm də geniş anlamda – digər siyasi zümrələrlə. Fəqət, nə təəssüf ki, müstəqillik dönəmindən üzü bu yana və eyni zamanda bir çox siyasi qüvvələr tərəfindən məlum prioritet fərqli şəkildə əxz edilib. Yəni əksəriyyət bu qənaətdə olub ki, hətta milli məsələlərdə belə öz fərdi münasibətimizi sərgiləsək yetər. Ya da proseslərə kompakt və lokal baxış bucağı olub. Bu mənim kimi düşünmürsə, ümumiyyətlə, ünsiyyətə ehtiyac yoxdur. Və ya düşünürsə, uzaq başı qısa və müvəqqəti birliklər yarada bilərik, o da seçki ərəfəsində. Hərgah, siyasi proseslər və münasibətlər yalnız seçkidən ibarət deyil. Seçki sadəcə elementlərdən biridir və ona görə də münasibətlər sisteminə daha geniş rakursdan baxılmalıdır. Necə ki, artıq indi baxılır.

Xəbər 732 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR